İngiltərə kubokunun qaydaları dəyişib

  • By ilhame
  • 18 Aprel 2024 21:09

Növbəti mövsümdən etibarən İngiltərə kubokunda heç-heçə zamanı əlavə oyun olmayacaq.

 

Gununsesi.info xəbər verir ki, hazırkı qaydalara əsasən, kubokun 1,2,3 və 4-cü mərhələlərində heç-heçə olarkən daha bir oyun keçirilirdi. 5-ci mərhələdən sonra isə bu qayda 2018-ci ildən yığışdırılmışdı.

 

Qaydalarda dəyişikliyin əsas səbəbi təqvimin sıxlığıdır. Xüsusilə də avrokuboklarda oyunlara görə komandaların üzərinə əlavə yük düşür.

 

Daha bir yenilik oyunların keçirilmə vaxtıdır. 5-ci mərhələdən başlayaraq bütün oyunlar həftənin son günlərində oynanılacaq. Kubokun final görüşü isə Premyer Liqanın son turundan əvvəlki bazar günü keçiriləcək.

Gununsesi.info