“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxarıb

  • By ilhame
  • 18 Aprel 2024 20:59

“Google” İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib.

 

Etirazlara səbəb “Google” və “Amazon”un İsrail hökuməti ilə Nibmus layihəsi çərçivəsində bulud hesablama xidmətləri, o cümlədən süni intellekt və maşın öyrənmə texnologiyaları təqdim etmək üçün müqavilə bağlaması olub.

 

Şirkət daxilində etirazlar “qəbuledilməz və son dərəcə pozucu” adlandırılıb.

Gununsesi.info