İntizam Komissiyasına hansı deputatlardan şikayət edilib?

  • By admin
  • 19 May 2022 10:30

“VI çağırış Milli Məclisin yaz sessiyasının ötən dövrü ərzində deputatların hamısı özlərini nizam-intizamlı aparıblar.”

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Deputat sessiyanın bitməsinə müəyyən zamanın qaldığını vurğulayıb, bundan sonrakı müddətdə dəyişikliklərin ola biləcəyini istisna etməyib.

“İndiyə qədər deputatlarla bağlı və deputatlar tərəfindən hansısa şikayət daxil olmayıb. Plenar iclaslarda ola bilər kiməsə irad tutulub, hansısa məsələ haqqında bildiriş qeyd olunub, amma Komissiyalıq bir durum olmayıb” – deputat Eldar İbrahimov vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası may ayının 31-də yekunlaşır.