Bakıda şagirdlər arasında bıçaqlanma - DİN araşdırmalara BAŞLADI

  • By admin
  • 19 May 2022 10:46

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə 8-ci sinif şagirdləri arasında bıçaqlanma olub.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəsisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

DİN rəsmisi qeyd edib ki, məlumatla bağlı müvafiq ekspertizalar təyin olunub:

“Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır”.

Gununsesi.info