İrəvanda Paşinyanın əleyhinə aksiyalar keçirilir

  • By admin
  • 01 May 2022 17:56

16:37

Ermənistan müxalifəti İrəvanın mərkəzində etiraz aksiyalarına başlayıb.

Gununsesi.info xəbər verir ki, etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

“Bu gün erməni millətinin reinkarnasiyası günüdür. Biz müharibələrdə ölənlərimizə söz veririk ki, məqsədimizə çatacağıq”, – Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan bildirib.

***

Ermənistanın birləşmiş müxalifəti İrəvanın mərkəzindəki Fransa meydanında çadırlar qurub gecələməyə hazırlaşır və bazar ertəsi genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına başlayacaq.

Bunu mitinqdə parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib.

Gununsesi.info