İşğaldan azad olunmuş Laçından FOTOLAR

  • By admin
  • 01 Sentyabr 2022 11:30

Kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri davam edir.

Gununsesi.info xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkəcək.

Bundan başqa, jurnalistlər şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləriylə yaxından tanış olacaqlar.

Səfər çərçivəsində Laçının Zabux və Sus kəndlərinə də gediləcək.

Teleqraf.com müxbirinin Laçından çəkdiyi fotoları təqdim edirik.

Gununsesi.info