İsrail səfiri Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verdi

  • By admin
  • 28 Avqust 2022 21:47

İsrailin Azərbaycandakı səfiri Corc Dik məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, diplomat bu barədə Twitter hesabında yazıb.

“Allah rəhmət eləsin”, – səfirin paylaşımında deyilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.

Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutun sənətşünaslıq fakültəsini bitirib. O, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyirdi.

“Təbrizin sehrli nağılları” kitabı İsrail və İran arasında diplomatik gərginliyə səbəb olmuşdu.

Gununsesi.info