İstiqlal küçəsi Türkiyə bayraqlarına büründü -VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulda İstiqlal küçəsində terror aktı törədilib. Hadisə nəticəsində, ikisi uşaq olmaqla, 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, hadisə baş verən əraziyə çox sayda Türkiyə bayraqları gətirilib və küçə əvvəldən sonadək bayraqlara bürünüb.

Hadisənin görüntüləri isə dronlarla və kameralarla lentə alınıb.