İsveçin müdafiə naziri Ankara səfərini təxirə saldı - STOKHOLMDA QURANİ-KƏRİMİN YANDIRILMASI İKİ ÖLKƏNİ ÜZƏ-ÜZƏ QOYDU

  • By admin
  • 23 Yanvar 2023 08:00

Türkiyənin İsveçdəki səfirliyinin qarşısında müsəlmanların müqqəddəs kitabı Qurani-Kərimi yandırılması iki ölkə arasında ciddi gərginliyə səbəb olub.

Xatırladaq ki, hələ bu  aksiyaya icazə verilərkən İsveçin Ankaradakı səfiri XİN-nə çağırılıb və nota verilib.

Olaydan sonra isə Türkiyə hökunəti və parlamentindən İsveç əleyhinə sərt ittihamlar səsləndirilib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə,  İsveçin  müdafiə naziri Pal Jonsonun  Türkiyəyə səfəri ləğv edilib.

Bununla belə İsveş rəsmiləri olaya ifadə azadlığı prizmasından yanaşıb.

 

Tərcümə:

Afət