İtaliya və Fransa Ukraynaya 700 raket göndərəcək 

  • By admin
  • 28 Yanvar 2023 21:22

İtaliya və Fransa Ukrayna üçün 700-ə yaxın “Aster-30” raketi almağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti yazıb.

Bu raketlər ölkələrin Kiyevə tədarük etmək niyyətində olduqları SAMP-T hava hücumundan müdafiə sistemlərində istifadə olunur.

Nəşr bildirir ki, raketlərin bir hissəsi İtaliya və Fransada qalacaq. Ukraynaya dəqiq nə neçə raket çatdırılacağı məlum deyil.

Gununsesi.info