İtalyan alimləri Omicronun yeni variantını aşkar edib

  • By admin
  • 29 Yanvar 2022 18:17

İtalya alimləri Omicron virusunun yeni variantını aşkar ediblər.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İtaliya Milli Elmi Araşdırma İnstitutunun direktoru Françesko Vayya deyib.

Onun sözlərinə görə, italyan mütəxəssislər bir aydan çoxdur virusun “Omicron-2” adlana biləcək varinatını aşkarlayıblar, lakin “Omicron-1”lə oxşarlığını nəzərə alaraq ictimaiyyəti həyəcanlandırmaq istəməyiblər.

 

Gununsesi.info