Kiyevdə partlayış oldu: 3 ölü, 6 yaralı

  • By admin
  • 09 Fevral 2023 21:41

Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Adminstrasiyası məlumat yayıb.

Bildirilir ki, keçmiş zavodun ərazisində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Beş nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, paytaxtın Darnitsa rayonunda qeydə alınan hadisəyə səbəb qaz balonu partlayışı olub.

Gununsesi.info