Tovuzda zəncirvari qəza: Yaralılar var

  • By admin
  • 09 Fevral 2023 21:39

Tovuzda zəncirvari yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, rayon ərazisində “Toyota”, “VAZ 2106” və “VAZ 2109” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info