
“Araz-Naxçıvan” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Gununsesi.info xəbər verir ki, son olaraq “Turan Tovuz”da çıxış edən qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalanıb.
Birillik anlaşmaya imza atan 29 yaşlı qolkiper yeni mövsümün sonuna qədər komandada çıxış edəcək.
O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.