“Kontakt”ın dəstəyi ilə Şuşada ilk dəfə beynəlxalq velosiped turniri keçiriləcək

  • By admin
  • 08 İyul 2022 19:43

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi ilə Şuşada ilk dəfə keçiriləcək “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı sabah başlayır. İki gün davam edəcək turnirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu idarəsidir.

 

“Şuşa ili” çərçivəsində təşkil olunan turnir iki mərhələdən ibarət olub 10-dək ölkənin, 450-dən çox idmançısının iştirakı ilə baş tutacaq. İlk mərhələnin sabah paytaxtın Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutması gözlənilir. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.

İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Qeyd edək ki, “Kontakt” Şuşada ilk dəfə keçiriləcək velosiped turnirinə həm də sərfəli kampaniya ilə dəstəkdir. Belə ki, bu gündən iyulun 12-dək şəbəkənin mağazalarından velosiped modellərini nağd alışda endirimli, kreditlə alışda ilkin ödənişsiz, 18 ay faizsiz əldə etmə fürsətiniz var. Etibarlı yol yoldaşına sahib ola biləcəyiniz təklifi mütləq dəyərləndirin.

Məlumat üçün bildirək ki, “Kontakt” hər zaman bu kimi ölkə miqyaslı tədbirlərə dəstək olur. Bu il keçirilən “Birinci Beynəlxalq Baku Piano Festivalı”nın sponsorlarından biri də “Kontakt”mağazalar şəbəkəsi idi.

Gununsesi.info