Kraliçanın həyat yoldaşı xəstəxanaya yerləşdirildi

  • By admin
  • 18 Fevral 2021 09:53

Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı Edinburq hersoqu II Filip xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, 99 yaşlı hersoq özünü narahat hiss edib və həkimlərin məsləhətilə kral VII Edvard adına xəstəxanaya aparılıb. Hadisə ilə bağlı Bukingem sarayı rəsmi bəyanatla çıxış edib.

“Hersoqun xəstəxanaya yerləşdirilməsi ehtiyat tədbiridir”, – deyə bəyanatda bildirilib. II Filipin səhhətindəki problemlərin koronavirusla bağlı olmadığı açıqlanıb.

Gununsesi.info