Laçında Həkəri çayının sahilində istirahət parkı yaradıla bilər - FOTOLAR

  • By admin
  • 19 Dekabr 2022 18:26

Laçında Həkəri çayının sahilində “Campingpark Hakari – Lachin” istirahət parkının yaradılması planlaşdırılır. Layihənin baş planı “Sevara Group” şirkəti tərəfindən işlənib və yaxın vaxtlarda Azərbaycan hökumətinə təqdim ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə AZƏRTAC-a şirkətin təsisçisi və direktoru Rəşad Quliyev məlumat verib.

O bildirib ki, bu cür istirahət parkı Azərbaycanda bir ilkdir: “Layihə Həkəri çayı sahilində, turizmin inkişafına yönələn işlər çərçivəsində gözəl təbiətimizdən həm yerli, həm də xarici turistlərin zövq alması, Zəngəzur və Qarabağın zəngin flora və faunasını dünyaya tanıtmaq məqsədi daşıyır. Turistlər burada şəxsi və ya kirayə götürülmüş campervanlarda (mobil ev) gecələyə və füsunkar təbiətimizin qoynunda istirahət edə biləcəklər. Həmçinin ərazidə açıq və qapalı məkanlarda bir çox tədbirlərin keçirilməsi mümkün olacaq. Layihə dekabrın 17-də geniş ictimaiyyətə təqdim ediləcək. “Campingpark Hakari – Lachin” nəinki xarici turistlərin axınına, həmçinin ölkədə yeni bir istirahət mədəniyyətinin formalaşmasına təkan verəcək”.

Gununsesi.info