Məşhur həkim Bəxtiyar Hacıyevdən yazdı

  • By admin
  • 19 Dekabr 2022 18:34

“Bəxtiyar Hacıyevə qarşı edilənləri vicdanım qəbul etmir. Vəkili Bəxtiyarın aclıq etdiyini söyləyir. Onu tanıyan biri kimi axıra qedər gedəcəyini yaxşı anlayıram”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayıl sosial şəbəkə hesabında yazıb.

“Dövlətimizin bu cür sınağa çəkilməsini istəmirəm” qeydini yazan Vasif İsmayıl daha sonra əlavə edir:

“Bəxtiyarın niyə həbs edildiyini ağlıma batacaq şəkildə heç kəs izah edə bilmir. Rəsmi açıqlamalara görə isə birmənalı siyasi olduğu anlaşılır.

Bəxtiyara qeydsiz-şərtsiz azadlıq tələb edirəm”.

Gununsesi.info