Yüzminlər adından Prezidentə MÜRACİƏT

  • By admin
  • 19 Dekabr 2022 19:04
Sosial şəbəkədə minlərlə vətəndaşı özündə birləşdirən Özəlləşdirmə Çekləri Qrupu adından Prezident İlham Əliyevə açıq müraciət ünvanlanıb. 
Gununsesi.info müraciətin mətnini təqdim edir:
 
Cənab Prezident!
Özəlləşdirmə çeklərini satmayan ailələr adından Sizdən çox xahiş edirik ki, tarixi ədaləti bərpa edəsiniz, Ulu Öndər Heydər Əliyevin qanunla xalqa vəd etdiyi miras əmlak payımıza atanızın 100 illik yubileyinə qədər sahib olmağımıza şərait yaradıb xalqı sevindirəsiniz.
 
Heç bir fərman Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiya və qanunları poza bilməz!
 
Cənab Prezident!
Bilirsizmi, tarixi, siyası, hüquqi, sosial, iqtisadi və mənəvi əsasları olan özəlləşdirmə prosesi 12 ildir Konstitusiya və qanunlara ZİDD aparılır. Bununla Konstitusiya və qanunlar, “Quran” ayələri, haqq-ədalət prinsipi, atanızın və dövlətin tarixi ədalət siyasəti, beynəlxalq hüquq və insan haqları, Ulu Öndərin 1995-ci ildə Prezident Sarayındakı tarixi çıxışı zamanı xalq verdiyi miras əmlak payı vədi pozulub, xalqın dövlətinə inamı zərər görüb.
Çoxsaylı hüquqşünas alimlərin 2021-22-ci ildə özəlləşdirmə çekləri baradə apardıqları elmi-praktik araşdırmaların üzə cıxardığı HÜQUQİ SƏHVLƏR məmurlar tərəfindən Sizdən gizlədilir. Bu hüquqi səhvlər və faktlar gələcəkdə korrupsiyaya cinayəti kimi istifadə oluna və məsuliyyət yarada bilər. Mülki Məcəllədə (maddə 384.0.5.) dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri iddia müddətinin şamil edilmədiyi tələblərdəndir.
 
Cənab Prezident!
Yüzminlərlə vətəndaş bir suala cavab axtarır: Qanunla bu gün dövriyyədə olan, ancaq fərmanla tədavülü başa catmış özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan əmlak ekvivalentinin nominal qiyməti nə vaxt qoyularaq yenidən tədavülə qaytarılacaq?
Hörmətlə, özəlləşdirmə çeklərini ümidlə saxlayan, Ulu Öndərin 100 illik yubileyinə qədər Sizin tərəfinizdən tarixi ədalətin bərpa olunacağına inann yüzminlərlə ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu.
Gununsesi.info