Lazadakı palçıq seli nəzarətə götürüldü

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2025 14:28

Qusar rayonunun Laza kəndində hadisə baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Vəziyyət nəzarət altındadır.

 

Gununsesi.info