Qatarda üz tanıma ilə ödəniş edə biləcəyik

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2025 14:25

Abşeron dairəvi dəmiryolu marşrutu üzrə yerləşən stansiyalardakı turniketlərdən SİMA-Pay üz tanıma vasitəsilə ödəniş edərək keçid prosesi sınaq mərhələsindədir. 

Gununsesi.info xəbər verir ki, bu barədə ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, proses yekunlaşdıqdan sonra vətəndaşlar tuniketlərdən SİMA-Pay üz tanıma vasitə ilə ödənişlərini edib keçə biləcəklər:

“Məqsəd pik saatlarda 1-2 saniyə ərzində vətəndaşların turniketlərdən keçidini təmin etməkdir”.

 

Gununsesi.info