Mərkəzi Bank sığorta agentini CƏRİMƏLƏDİ

  • Müəllif: Firuzə
  • 09 Sentyabr 2025 15:24

Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlunu inzibati məsuliyyətə cəlb edib.

Gununsesi.info bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlu tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 500 manat məbləğində cərimə edilib.

 

Gununsesi.info