MARAQLI: Yetkin yaşlılar belə, bu varlıqdan qorxur – Axı niyə?

  • By admin
  • 01 İyun 2023 11:50

Elm adamlarının apardığı bir çalışmada yetkin adamların belə, təlxəkdən (kloun) qorxduğu üzə çıxarılıb.

Alimlər təlxək(hödük) qorxusunu ölkələrarası iştirakçıların olduğu bir insan topluluğu üzərində analiz etməyə qərar veriblər.

Gununsesi.info xarici mətbuata istinadən həmin yazını sizə təqdim edir.

Təlxək qorxusu gerçək bir çəkinmə olaraq mədəni dağarcığımızda yer tapsa da, hödüklərdən qorxmaq üçün bu günədək elmi araşdırma aparılmayıb.

Bu qorxu o qədər yayğındır ki, populyar mədəniyyətlərdə də qarşımıza çıxır.

Bu üzdən, elm adamları apardıqları yeni bir araşdırma ilə hörümçək qorxusunu ölçməkdə işlədilən “Hörümçək Qorxusu Anketi”ni dəyişdirərək, “Təlxək Qorxusu Anketi”nə uyğunlaşdırdılar.

“Popular Science Turkey” dərgisində yazılanan bilgidə araşdırmada yer alan 927 iştirakçının 27%-i kloundan qorxduğunu bildirib. Onlardan 5%-i bu qorxunun yüksək iolduğunu vurğulayıb.

Qorxanlar arasında qadınlar kişilərdən sayca daha çoxdur.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info