Minskdə etirazçılarla güc strukturları arasında toqquşma oldu - VİDEO

  • By admin
  • 30 Avqust 2020 17:46

Belarusun paytaxtı Minskin Müstəqillik prospektində icazəsiz mitinq iştirakçıları ilə güc strukturları əməkdaşları arasında toqquşma olub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

İnsident Dövlət Təhlükəsizliyi Komitəsinin binası yaxınlığında baş verib. Bir neçə nəfər saxlanılıb.

Həmçinin, məlumdur ki, OMON Müstəqillik prospektində etirazçılar dəstəsini mühasirəyə alıb.

Paytaxtda dörd mərkəzi metro stansiyasının giriş-çıxışı bağlanıb: “Ploşad Lenina”, “Oktyabrskaya”, “Kupalovskaya” və “Ploşad Pobedı”.

 

Gununsesi.info