MİQ üzrə müsahibə mərhələsi nə vaxt başlayacaq?

  • By admin
  • 04 Avqust 2021 20:45

“Müsahibə mərhələsi əsasən yer seçimi edildikdən sonra həyata keçiriləcək”.

Gununsesi. info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev canlı yayımda bildirib.

“Müsahibə mərhələsinə, düşünürəm ku, avqust ayının sonlarından başlaya biləcəyik. Bu mərhələdə daha çox müəllimlərin topladığı bal, onların ünsiyyət qurma bacarığı, onların sinfi idarə etmək qabiliyyəti, nitq mədəniyyəti, davranışı və s. Bu kimi məsələlərə baxılacaq. Metodik olaraq isə ixtisasına aid suallara cavab verir”, – deyə nazir qeyd edib.

Gununsesi. info