Moldova – Azərbaycan oyununun vaxtı açıqlandı

  • By admin
  • 19 Oktyabr 2022 13:38

Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının vaxtı bəlli olub.

Gununsesi.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.

Gununsesi.info