Murat Nurtleu Qazaxıstan XİN rəhbəri vəzifəsindən azad edilib

  • Müəllif: Admin08
  • 26 Sentyabr 2025 08:40

Murat Nurtleu Qazaxıstanın xarici işlər naziri vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

Tokayev 2020-2023-cü illərdə Rusiyada səfir vəzifəsində çalışmış Ermek Koşerbayevi xarici işlər naziri təyin edib.

Keçmiş xarici işlər naziri Murat Nurtleu isə Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Murat Nurtleunun saxlanıldığı xəbəri yayılıb. Lakin sonradan onun tutulması barədə məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.

Gununsesi.info