
32 ildir Hizbullah lideri olan Həsən Nəsrullah Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sentyabrın 27-də baş verən hücumda İsrailin istifadə etdiyi bir tonluq bunker partladan bombalardan biri yerə düşərək partlamışdı.
Yeni ortaya çıxan görüntülərdə bombanın düşmə anı və zərbəsi aydın görünür.
Lakin kadrlardakı bombanın Nəsrullahın ölümünə səbəb olub-olmadığı məlum deyil.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyi çıxışında İsrailin regionda təhlükəsizliyini təmin etmək üçün qəti addımlar atacağını bəyan edib.
Eyni zamanda İsrail Beyrutun cənubundakı Hizbullahın qərargahına zərbələr endirib və daha sonra hədəfinin Həsən Nəsrullah olduğunu açıqlayıb.
Altı binadan ibarət kompleks İsrail döyüş təyyarələri tərəfindən atılan onlarla bunkeri deşən bombalar nəticəsində dağıdılıb , Nəsrullah və Hizbullahın digər yüksək vəzifəli şəxsləri həlak olub.
Orxan Saffari