Nə üçün İran öz xalqını bu ideoloji sistemlə tərbiyə edir? - Deputat

  • Müəllif: Orxan
  • 20 Aprel 2026 14:42

İran-ABŞ-İsrail ətrafında müzakirələr davam edir. 

Gununsesi.info sözügedən məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayevin fikirlərini öyrənib.

O bildirib ki, İranın İsraillə bağlı səhv siyasəti onu dövlət kimi tanımaq istəməməsi, yer üzündən silinməyini istəməsidir:

“Dünya bunu qəbul edərmi? Nə üçün İran xalqını bu ideoloji sistemlə tərbiyə edir? Bəlkə də, İran bu siyasətini aradan qaldırsa, tərəqqipərvər dünya da onunla oturar, söhbət edər və o da dünyanın bir hissəsinı çevrilə bilər. Əlbəttə, siyasi və dini azadlıqlar da tədbiq edilməlidir”, – deyə o, həmçinin qeyd edib.

Orxan

Gununsesi.info