“NATO bu regionda aparıcı rol almaq istəyir” Lavrov

  • By admin
  • 13 Noyabr 2022 12:16

ABŞ və Şimali Atlantika Alyansı Asiya-Sakit Okean regionunu hərbiləşdirməyə çalışır. NATO isə bu regionda aparıcı rol almaq istəyir.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Birləşmiş Ştatlar və onun müttəfiqləri, NATO indi bu məkanı mənimsəməyə çalışırlar”, – nazir qeyd edib.

O, Hind-Sakit Okean Strategiyasının konsepsiyasını xatırladıb. “Onun çərçivəsində bütün istəyənlər üçün açıq olmayan, əslində ASEAN ətrafında yaradılmış inklüziv strukturlarla rəqabət aparan və bu regionun hərbiləşdirilməsini açıq şəkildə nəzərdə tutan formatlar irəli sürülür. Yəni onlar (NATO – red.), əslində burada aparıcı rol oynayacaqlarını iddia edirlər və sözdə müdafiə xətti artıq Cənubi Çin dənizinə keçirilir”, – Lavrov vurğulayıb.

Gununsesi.info