Neftçi PFK kapitanı Emin Mahmudovun yeni avtomobili! -FOTO

Azərbaycanın avtomobil bazarında son illərdə olduqca böyük marağa səbəb olan avtomobil brendlərindən birinin CHANGAN olduğunu desək, yanılmarıq. CHANGAN brendinə məxsus modellər yerli bazarda öz gözəl görünüşü və büdcəyə uyğun qiyməti ilə diqqətləri üzərinə çəkir.

Son zamanlarda bu brendə olan maraq tanınmış simalardan da yan keçməyib. Neftçi PFK kapitanı Emin Mahmudov da CHANGAN sahibi olub. 30 yaşlı yarımmüdafiəçi kompakt və universal olan “Changan CS75 Plus” modelini seçib. İdman tərzində olan avtomobil yığmanın baş məşqçisinin həyat tərzi ilə tamamilə ayaqlaşır.

Qeyd edək ki, bu barədə futbolçu öz rəsmi instagram səhifəsinin (@makhmudov67) hekayə bölməsində qeyd edib.

Qara radiator barmaqlıları olan ağ rəngli avtomobil seçimi ilə Neftçi PFK formasının rənglərinə uyğunlaşması da zənnimizcə təsadüfi deyildir.


Gununsesi.info