Ölüb, sonra yenidən dirildiyini iddia edən adamın sözləri çaşqınlıq yaratdı – “Boğularkən öldüm” / FOTOLAR

  • By admin
  • 28 Yanvar 2023 23:11

Amerikanın Teksas əyalətində yaşayan Fik Roiz adlı bir adam öldüyünü, sonra iki varlıq tərəfindən dünyaya geri göndərildiyini iddia edərək şokedici açıqlamalar edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Roizşüurunun qapanmasının ardından özünü ölülərin olduğu gözləmə otağında sıra gözləyərkən gördüyünü söyləyib.

 
Roiz super marketdən aldığı bir salatı yedikdən sonra şiddətli qida zəhərlənməsi yaşayıb. Bədəninin ağırlaşmağa başlamasının üzərinə vanna qəbul edən adam başının dönməsi ilə qusmağa başlayıb. Yerə yıxılan adam başını divara çırpıb. Bu zaman bayılan Roiz yuxuya dalma instinktinə əngəl olmağa çalışarkən gözlərini gözləmə otağında  açdığını bildirib.

 

“İNİLDƏYƏN İNSANLARIN ARASINDA İDİM”

 

Gözlərini açdıqda, özünü salon böyüklüyündə bir otaqda tapdığını vurğulayan adam ətrafında başqa ölü insanların olduğunu gördüyünü açıqlayıb. “Boğularkən öldüm və ölü insanların arasına girdim”, – deyə o vurğulayıb.

Tərcümə: Arzu M.

Gununsesi.info