Ölüm xəbəri yayılan MTN naziri sağ imiş

  • By admin
  • 01 Dekabr 2021 12:39

Bir neçə gün əvvəl yerli mətbuatda Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun ölümü ilə bağlı xəbər yayılıb.

Gununsesi.info  Unikal.org-a istinadən xəbər verir ki, V.Əsgərov dünyasını dəyişməyib. O, hazırda Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Qeyd edək ki, o, 2016-cı ildə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info