Onların sözləri ilə əməlləri üst-üstə düşmür  - Politoloq

  • By admin
  • 21 Sentyabr 2021 17:14

Ermənistan bölgədə gərginliyi artırır. Onların Azərbaycana yalan deməsi və mina xəritələrinin həqiqəti əks etdirməməsi yeni təhlükələr yaradır.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan ilk növbədə informasiya siyasətini gücləndirməli və beynəlxalq təşkilatların hər birini bu mövzu haqqında xəbərdar etməlidir: “Ermənistan üçtərəfli bəyanatın müddəalarına riayət etmir. Sülhməramlıların rəhbərliyi bilsin ki, Ermənistan öz pozucu siyasətini davam etdirir. Prezident İlham Əliyev də qeyd etmişdi ki, onların verdiyi xəritələrin 25 faizi həqiqətə uyğundur. Yəni Ermənistan hakimiyyəti sülhə hazır olmadığını bir daha göstərir.

Bu, çox ciddi məsələdir və arxasında böyük risklər var. Bu risklərin hər birinin qarşısını bir gündə almaq mümkün deyil. Ermənistan tərəfi qeyri-adekvat addımlar atır və bölgədə sülhün olmasının qarşısını alır. Onların sözləri ilə əməlləri üst-üstə düşmür. Ermənistan tərəfinə mina xəritələrinin tam versiyasının verilməsi üçün təzyiq göstərilməlidir”.

Gununsesi.info