Ötən ay 6 minə yaxın abonent qeydə alınıb – “Azəriqaz”

  • By admin
  • 16 May 2021 16:38

Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyində əhali sektoru üzrə 5 885 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan Gununsesi.info-ya verilən məlumata görə, onlardan 3 995-i Bakı, Abşeron və Sumqayıt, 1 890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 429 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.

Gununsesi.info