Paşinyan Koçaryanı Mehrinin Azərbaycana vermək planlarında İTTİHAM EDİB

  • By admin
  • 28 May 2021 14:21

Ermənistanda 20 iyun növbədənkənar parlament seçkiləri öncəsi siyasi mübarizə kəskinləşib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevanda tərəfdarları ilə görüşən baş nazir Nikol Paşinyan eks-prezident Robert Koçaryanı Mehri rayonunu Azərbaycana verməkdə ittiham edib.

“Koçaryan 1999-cu ildə Laçin dəhlizinin qarşılığında Mehri rayonunun Azərbaycana verilməsi barədə danışıqlar aparırdı”- deyə Paşinyan söylətib.

O, Koçaryanı 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktı barədə də öncədən məlumatlı olmaqda ittiham edib.

Vanadzor şəhərində tərəfdarları ilə görüşən Koçaryan isə səslənən açıqlamaları yalan adlandırıb.

Gununsesi.info