Peyvənd vurduran konqresmen koronavirusa yoluxdu

  • By admin
  • 06 Yanvar 2021 14:53
Ötən ilin dekabr ayında koronavirus əleyhinə Pfizer peyvəndinin ilk dozasını vurduran ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Kevin Breyd COVID-19 infeksiyasına yoluxub.
Konqresmen bu haqda “Twitter” hesabında yazıb.

“Bu gün Nümayəndələr Palatasının həkimi mənə koronavirus testinin müsbət olduğunu bildiridi. Tövsiyə olunduğu kimi, dekabrın 18-də Pfizer peyvəndinin ilk dozasını aldım və Yeni il günü COVID testim mənfi çıxdı”.

Kevin Breyd sabah müalicəyə başlayacağını qeyd edib.

Gununsesi.info