Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli qanunun tətbiqi barədə fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, sənədə əsasən Qanunun 14.12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; Qanunun 14.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; Qanunun 9.4-cü maddəsində, 18.4-cü maddəsinin ikinci cümləsində, 18.5-ci, 20.2-ci və 20.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; Qanunun 1.1.6-cı maddəsində “orqan (qurum)” dedikdə Maliyyə Monitorinqi Xidməti nəzərdə tutulur; Qanunun 9.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
Qanunun 14.5-ci maddəsinin birinci cümləsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur; Qanunun 16.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
Qanunun 16.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur; Qanunun 16.1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;
Qanunun 18.1 – 18.3-cü maddələrində, 18.4-cü maddəsinin birinci cümləsində, 19.4-cü, 19.6-cı maddələrində və 22.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
Bu Fərmanın 1-ci hissəsi 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
Gununsesi.info