Qəddafinin malikanəsi müsadirə edilir

F-16 döyüş təyyarələri və M1 Abrams tankları istehsal edən Amerikanın “General Dynamics” şirkəti Liviyanı keçmiş lideri Sədi Qəddafinin Londondakı malikanəsinin müsadirə edilməsinə nail olub.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Britaniya məhkəməsi Qəddafi ailəsinin doqquz milyon funt sterlinq dəyərində olan prestijli evinin müsadirə edilməsi ilə bağlı yekun qərar qəbul edib.

 

 

Bildirilir ki, satışdan əldə edilən gəlir Liviyaya silah və rabitə avadanlıqlarının tədarükü üçün “General Dynamics”-ə olan borcun ödənilməsinə sərf ediləcək. Müvafiq müqavilə 2008-ci ildə imzalanıb. Borcun ümumi məbləği isə 16 milyon funt sterlinqdir.

 

Qəddafinin malikanəsi ilə bağlı məhkəmə çəkişmələri on ildən artıqdır ki, davam edir.

 

2016-cı ildə tədarük müqaviləsi üzrə borcun bir hissəsini ödəmək niyyətində olan “General Dynamics” Cenevrədəki Beynəlxalq Arbitraj Məhkəməsinə iddia qaldırıb. Liviya hökuməti əmlak toxunulmazlığını əsas gətirərək bu iddianın qəbul olunmamasında israr etsə də, London Ali Məhkəməsi bununla razılığa gəlməyib.

 

Qeyd edək ki, malikanənin rəsmi sahibi Britaniyanın Virciniya adalarında qeydiyyatda olan Kapitana Seas olub

 

 

 

 

Şəbnəm

Gununsesi.info