Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır – Çavuşoğlu

  • By admin
  • 20 Yanvar 2021 13:56

Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarıbülbüllə birlikdə açır.

 

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı öz “Twitter” səhifəsində yazıb.

Nazir bildirib: “1990-cı il yanvarın 20-də də Can Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının rəmzi olan xarıbülbüllə birlikdə açır.

Gununsesi.org