Bu qanun Gürcüstanı AB-dən uzaqlaşdıracaq - Şarl Mişel

  • By ilhame
  • 17 Aprel 2024 20:23

Gürcüstanda birinci oxunuşda qəbul edilən “Xarici agentlər haqqında” qanun bu ölkənin Avropa Birliyinə daxil olmaq istəklərinə uyğun gəlmir.

 

Gununsesi.info xəbər verir ki, bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib.

 

Gürcü xalqı Avropa yolunu seçdi, buna cavab olaraq da keçən ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verdi. Açıq deyim, qanun layihəsi Gürcüstanı Avropa Birliyindən daha da uzaqlaşdıracaq”, – Mişel bildirib.

 

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici agentlərlə bağlı” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Gununsesi.info