“Qarabağ” – “Dinamo” oyunu bu telakanalda yayımlanacaq

  • Müəllif: Orxan
  • 13 Avqust 2026 10:40

“Qarabağ” klubu bu axşam UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Gununsesi.info xəbər verir ki, Bakıda keçiriləcək “Qarabağ”  – “Dinamo” (Kiyev) oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Gununsesi.info