Qazaxıstan Silah Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edildi

  • By Admin2
  • 17 Yanvar 2026 13:12

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib”, – məlumatda bildirilib.

K.Abubakirov bu vəzifədə Sultan Kamaletdinovu əvəz edib.

Qeyd edək ki, K.Abubakirov 2024-cü ilin yanvarından yeni təyinatadək müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini olub.

 

Gununsesi.info