Qəzzada son vəziyyət: Həmas 8 nəfəri edam edib

HƏMAS, atəşkəs razılaşmasından sonra İsrail ordusunun geri çəkildiyi Qəzza bölgələrində silahlı üstünlüyü təmin etməyə çalışır.

Misirdəki sammitlə eyni gündə qrup, İsraillə əməkdaşlıq etdiyi iddia olunan səkkiz fələstinlini edam edib.

Qəzzada vəkillər və hüquq müdafiəçiləri edamları qanunsuz və təhlükəli sayır. Mumin əl-Natur vətəndaş qarşıdurmasını “cinayət” adlandırıb, Xəlil Əbu Şemala isə Qəzzanın “yeni və təhlükəli dövrə” daxil olduğunu bildirib.

Eyni gündə İsrail ordusu Qəzzanın Şacaiya məhəlləsinə pilotsuz təyyarələrlə hücum edib, nəticədə 4 nəfər həlak olub. İsrail tərəfi hücumu razılaşmanı pozan şübhəlilərə xəbərdarlıqdan sonra həyata keçirdiyini açıqlayıb, HƏMAS isə bunu “atəşkəs razılaşmasının pozulması” kimi qiymətləndirib.

 

 

 

Günay 

Gununsesi.info