Qurani-Kərimi Azərbaycan dilini tərcümə edən şəxsiyyətlər kimlərdir?

  • Müəllif: Orxan
  • 09 Oktyabr 2024 11:03

Müqəddəs kitab hesab olunan Qurani-Kərimi Azərbaycan dilinə tərcümə edən bir neçə şəxsiyyət vardır.

Gununsesi.info Qurani-Kərimi Azərbaycan dilinə tərcümə edən şəxsiyyətləri təqdim edir:

1.Qurani-Kərimi Azərbaycan türkcəsinə ilk dəfə Uzun Həsən tərcümə elətdirmişdir.

2.1890-1905 tarixləri arasında Şamaxı qazısı və şairi olan Səid Əfəndi Ünsizadə ilk dəfə olaraq Qurani-Kərimin Türk dilində təfsirini yazıb.

3.Qurani-Kərimi ilk dəfə çarizm zamanında Azərbaycan dilinə çevirən mürtəcim isə Bakı qazısı Mir Məhəmməd Kərim Ağadır. (1904-cü ildə tərcümə olunub.)

4.1908-ci ildə Quranın ilk tərcüməçilərindən hesab olunan şəxslərdən biri də Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvidir. O, Qafqaz Müsəlmanlarının VI Şeyxülislamı, din alimidir. Həmçinin o, Quran üzrə uzahlı lüğətin müəllifidir.

5.Müstəqillik zamanında Quran ilk dəfə Vasim Məmmədəliyev və Ziya Bünyadov tərəfindən tərcümə edilib. (1991-ci il)

6.Qurani-Kərim son olaraq 2008-ci ildə Əlixan Musayev və 2020-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev Azərbaycan dilinə tərcümə etmişdir.

 

Orxan Saffari

Gununsesi.info