Rubio və Netanyahu İranla bağlı danışdılar

  • Müəllif: Firuzə
  • 14 Yanvar 2026 23:12

ABŞ dövlət katibi Marko Rubio və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər danışıq zamanı İrandakı kütləvi iğtişaşlar fonunda Vaşinqtonun mümkün hərbi müdaxilə planlarını və koordinasiya məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, tərəflər çərşənbə günü telefon danışığı aparmaq barədə də razılığa gəliblər.

Xatırladaq ki, İranda dekabrın sonundan başlayan və 60-dan çox şəhəri bürüyən etirazlar nəticəsində ölənlərin sayı artıq 2600-ə çatıb.

Gununsesi.info