Rusiya Çerniqovda hərbi anbarları vurdu - VİDEO

  • By admin
  • 16 Mart 2022 12:12

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətində silah-sursat və hərbi texnikanın olduğu anbarları məhv edib.

Gununsesi.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi anbarların vurulmasının görüntüsünü yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin artilleriya bölməsi atəş tapşırığını yerinə yetirərkən dəqiq zərbə ilə raket və artilleriya silahlarının birləşmiş anbarını və 20-dək hərbi texnika və silahı məhv edib.

Kadrlarda Ukrayna Silahlı Qüvvələrinin silah-sursat anbarlarının və texnikasının məhv edilməsi zamanı artilleriya atəşinin korreksiyası üçün pilotsuz uçuş aparatının (PUA) istifadəsi əks olunub.

Gununsesi.info