Rusiyada gənc oğlan avtobus dayanacağındakı insanlara atəş açıb

  • By admin
  • 12 Oktyabr 2020 21:50

Rusiyanın Nijni Novqorod vilayətinin Bor şəhərində 18 yaşlı gənc reys avtobusuna və dayanacaqda dayanan insanlara atəş açıb.

Gununsesi.info AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.

Danil Monoxov adlı gəncin nənəsi ilə dalaşdıqdan sonra tüfənglə əvvəlcə nənəsinə, sonra qonşularına və daha sonra isə yaxınlıqda olan avtobus dayanacağındakı insanlara atəş açdığı bildirilir.

O, cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb.

 

 

Gununsesi.info