Rusiyada ŞOK TƏKLİF: deputatlar müharibəyə göndərilə bilərlər

  • By admin
  • 22 Sentyabr 2022 21:25

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin parlamentin aşağı palatasının lazımi hərbi təcrübə və bacarıqlara malik deputatları və aparatının əməkdaşlarını Ukraynadakı müharibəyə səfərbər etməyi təklif edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib.

“Köməkçilərimiz var, böyük aparatımız var. Təcrübəsi olanları, bizimlə işləmək istəyənləri yığıb xüsusi əməliyyatda iştirak edək. Onlar könüllü ola bilərlər, sadəcə bizə dəstək ola bilərlər. Biz burada mövqe tutmalıyıq, siz və mən bunu etməliyik. Çünki həmkarlarımızı tanıyıram, xüsusi əməliyyatda iştirak etmək barədə bəyanat yazan həmkarlarımızı tanıyıram”, – Volodin deyib.

O, həmçinin çeçen könüllülərinə rəhbərlik edən deputat Adam Delimxanov, Dmitri Sablin, Viktor Vodolatskiy, Əhməd Doqayev və digər parlament üzvlərinə Donbasda hərbi əməliyyatda iştirak etdiklərini xatırladıb.

“Zireh yoxdur (yəni orduda xidmət etməmək hüququ – red.) – ondan başlayaq”, – o qeyd edib.

Məlumat üçün bildirək ki, may ayında Volodin Dumada Rusiya Federasiyasının “xüsusi hərbi əməliyyatında” iştirak etmək istəyən deputatların olduğunu bildirmişdi.

Xatırladaq ki , Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik haqqında fərman imzalayıb və buna əsasən birinci mərhələdə 300 min Rusiya vətəndaşı cəbhəyə gedəcək. Səfərbərlik qərarından sonra bütün Rusiyada etirazlar başlayıb. İndiyədək 1000-dən çox adam həbs edilib.

Gununsesi.info