Avropa diplomatiyasının rəhbəri müddətində Avropa İttifaqı (Aİ) “yalnız kommersiya deyil, geosiyasi oyunçuya çevrilmək” üçün mühüm addımlar atıb.
Gununsesi.info xəbər verir ki, bunu Josep Borrell bildirib.
O, nailiyyətləri arasında 14 anti-Rusiya sanksiya paketinin tətbiqini qeyd edib.
“Biz Putinin döyüş maşınını cəzalandırmaq üçün 14 sanksiya paketini təsdiqlədik və müharibə vəziyyətində olan ölkəyə hərbi yardım göstərdik. Böhran vəziyyətlərinə müdaxilə etmək üçün öz potensialımızı yaradaraq, Avropa komandanlığı altında 5000 əsgərin sürətlə yerləşdirilməsini təsdiqlədik”- deyə o, İspaniyanın 20 minutos qəzetinə müsahibəsində qeyd edib.
Aİ iyun ayında 14-cü anti-Rusiya sanksiyalar paketini qəbul edib.
Bu, digər məsələlərlə yanaşı, Rusiyanın LNG-nin Aİ-yə daşınmasına və Rusiyadan neftin daşınmasına təsir edib.
Dekabrdan etibarən Xosep Borreli Estoniyanın keçmiş baş naziri Kaja Kallas əvəz edəcək.
Onun namizədliyi yayın əvvəlində Aİ sammitində təsdiqlənib.
Günel